O qədər əsəbiyəm ki, əllərim əsir. Mən hələ heç kimin mənə olan inamını itirməmişəm! Və bundan sonra da itirmərəm! Mənə inanan, güvənən hər kəsin məsuliyyətini dərk edirəm! Və addımlarımı buna görə atıram!
azia.az bildirir ki, bu barədə təşkilatçı Vəfa Sərdar Səfərova öz feysbuk səhifəsində yazıb:"Deməli dəqiq tarix yadimda qalmayib, günlərin birində dostluğumda olan Kifayet Qerenizade məni də tağ edərək uşaq evi məzunları olan 2 gəncin evlənməyinə, toyuna kömək istəmişdi. Xəbəri alan gündən işə başladım. Bütün dost tanışlarımi xəbərdar elədim. Və tezliklə 360 manat pul toplandi. Toya gələcək elə də bir qohum əqraba olmadığından biz ayrı-ayrı kollektiv şəkildə toyda iştirak elədik. Toyun təşkilatı işlərini əsasən Xəyalə Şəfiyeva və Kifayət xanim edirdi deyə, mənə qalan cehiz və pul toplamaq oldu. Sağ olsun dostlarim pastel dəstləri almışdı. Ən azi 60 manat dəyəri olan, keyfiyyətli, özümüzə laiq bildiyimiz kimi. Nərmin Qulamova almışdı. Gəlini Qalenvagenlə gətirdilər, əynində ən gözəl hicabli gəlinlik, makiyajini Səxavət usta pulsuz etmişdi. Ən azi 2500 manat dəyərində hər cür cehizlər, 180 manat dəyəri olan amma yetim uşaqlar üçün alındığını bilib 120 manata qizil üzük, oğlana dindarlara qizil haramdir deyə (oğlan özü demişdi) gümüş üzük alınmışdı. Toyun içində Keyxanim hədiyyə olaraq xinayaxdi elədi. Əla süfrə hazırlanmışdı. 6 ya da 7 stolluq qonaqlar vardi. Zaqs ora gətirilmişdi. Əla toy təşkil edilmişdi.
Bu səhər imsaka duranda dostlarim məni tağ elədiyi səhifəyə baxanda dəli oldum. Sən demə bunlar çıxıblar Xoşqədəmin Xəzər TV-də olan verilişinə. Başlayıblar orda artistlik eləməyə. Bəs biz toy istəyirik, gəlinlik istəyirik, filan. Arzum ürəyimdə qalib, nəbilim nə. 2 ci dəfə isə deyiblər ki, toy olube, ancaq balaca 21 nəfərlik. Ancaq biz istəyirik böyük toyumuz olsun, 300 nəfərlik, gəlinlik geyinim, toyumda Nadir oxusun.
Xoşqədəm də :
-Sizə ürəyiniz istədiyi toyu edəcəm deyib. Qızıl üzük verib. Qiz da artist artist ağlıyır.
Yəni insan nankor olar da, bu qədər də yox ama!!!
Sənə layiq olmadığın toy edilib, əşya alinib. Pul yığılıb. Kimi istəmisən toyunda iştirak edib. Təzədən nə toyu? Adam eyni kişiyə neçə dəfə ərə gedər? Neçə dəfə gəlinlik geyinər? Neçə dəfə beli bağlanar?
Bayaq verilişdə ayrı məsələyə görə iştirak edən Mehriban Zeynalova ilə danışdım. Çox xahiş edirəm bu məsələni orda işıqlandırin dedim. Mehriban xanım dedi ki, Vəfa narahat olma, məsələ artıq yayılıb. Və bu gün öz həllini tapacaq!
Mən bütün sayt rəhbərləri dostlarima səslənirəm. Məsələni ictimailəşdirin. Biz vətəndaş olaraq belə şeylərə yol verməməliyik! Bu qədər insanın əziyyətinin yerə vurulmasına göz yummamalıyıq!
Saxtakar göz yaşları axıdanlari ifşa eləməliyik!
Mən 360 manat pulu mənə verərək toya yollayan insanlarin haqqini belə murdar niyyətli şəxslərə yedirtməyəcəm!!! Bunu bilsinlər!!!
Hə, bir də..əgər bizim elədiyimiz toyu bəyənməyib 300 nəfərlik toy edirlərsə də, onda bir zəhmət bizim pullarımızı və bütün cehizləri qaytarsınlar. Ehtiyacı olan yüzlərlə insan var, onlara verək!"
azia.az məsələni nəzarətdə saxlayacaq və əlavə məlumatlar verəcək! Hələlik İkinci toy arzusunda olan cütlüyün əvvəlki toylarından olan fotoları təqdim edirik: