azia.az
azia.az

Gənc İdmançılarımız Qafqaz çempionatına hazırlaşır

26-09-2018, 14:07

Gənc İdmançılarımız Qafqaz çempionatına hazırlaşır

Azərbaycan Qılıncoynatma Federasiyasının 13 saylı idman məktəbində yeniyetimələr arasında 2018- ci ilin noyabrında Gürcüstanın Qardabani şəhərində keçiriləcək Qafqaz çempionatına hazırlıq təlim məşqləri keçirilir. Belə ki, bu ilin oktyabr ayında Bakıda seçim turları keçiriləcəkdir.
Qafqaz çempionatında Respublikamızı iki yaş dərəcəsində, daha doğrusu 2004-2006 və 2007-2009 təvəllüdlü idmançılar təmsil edəcəklər .Balaca idmançıları yarışa 13 saylı idman məktəbinin baş məşqçisi, idman ustası ,dəfələrlə respublika və beynəlxalq yarışların qalibi Samirə Hüseynova hazırlayır.
Məşqçinin dediyinə görə Federasiyasının Prezidenti Mikayıl Cabbarov, baş məsləhətçi Yaşar Məmmədov və Federasiyanın baş məşqiçisi Çingiz müəllim bu işlərdə yaxından köməklik göstərirlər. Hazırlıq məşqlərinin ilkin mərhələrində məşqçi Samirə xanım balaca idmançılardan, xüsusilə də Fidan Qasımov (2008), Mirxətai Məmmədov (2009) və Dilək Məmədovdan (2004) böyük ümidlər gözlədiyini vurğulayır.
13 saylı idman məktəbinin baş məşqçisinin köməkçisi 2003 –ci il təvəllüdlü Ülvi Adıgözəlli də uşaqların yarışa ciddi hazırlaşdıqlarını, Samirə xanımım gərgin əməyinin nəticəsində Qafqaz çempionatından idmançılarımızın vətənə uğurla dönəcəklərinə tam inandığını qeyd elədi.
Biz də öz növbəmizdə idmançılarımızın vətənə qələbə ilə qayıtmalarını arzulayırıq.
Azərbaycan Qılıncoynatma Federasiyasına məşqlər üçün, Şəfayət Mehdiyev 95 ünvanında yerləşən idman zalına müraciət etmək lazımdır.
Bir daha xatırladaq ki, məşqlər tam ödənişsiz olmaqla həftədə 3 gün keçirilir.
Gənc İdmançılarımız Qafqaz çempionatına hazırlaşır
Gənc İdmançılarımız Qafqaz çempionatına hazırlaşır
Gənc İdmançılarımız Qafqaz çempionatına hazırlaşır
Gənc İdmançılarımız Qafqaz çempionatına hazırlaşır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi