Meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkələrdə daha bir videosu ilə gündəm olub.
Manset.az xəbər verir ki, görüntülərdə meyxanaçının qohumunu qətlə yetirən Rəşad Dağlıya meyxana oxuduğu kadrlar əks olunub.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Yasamallı həmkarı haqqında, "İnşallah, Rəşadın da qapısını açar ilahi. Mən də bu niyyətdəyəm, sən də o niyyətdəsən”, - sözlərini söyləyib.
Xatırladaq ki, Rəşad Dağlı ötən ilin noyabrın 9-u saat 5 radələrində Qaradağ rayonu ərazisində qonşusu, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qəhrəman zabitimizi unutmayaq
QARDAŞI və OĞLU veteran olan qəhrəman QAZİ
"Mən 100 min dollardan mərcə girməyi təklif etmişdim" - Gənc meyxanaçı ilə MÜSAHİBƏ (FOTOLAR)
Gəncə Dövlət Universitetində baş verənlər şok edir... Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
