azia.az
azia.az

Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO

21-04-2022, 17:21

Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO
Bu gün meyxana aləminin kralı hesab olunan Rəşad Dağlının doğum günüdür.

Azia.az bu münasibətlə onun haqında maraqlı faktları təqdim edib.

Rəşad Vaqif oğlu Əmirov 21 aprel 1984-cü ildə Bakının Yasamal rayonunda anadan olub. 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan “De, gəlsin” meyxana yarışında iştirak edəndən sonra böyük populyarlıq qazanıb.



O, gəlib-keçmiş meyxanaçılar arasında ən yaxşılardan hesab olunur. Hətta “deyişmə” müstəvisində, bəlkə də, ən yaxşısıdır. Səri bəhrində aparılan çevik deyişmələrdə Rəşadı məğlub edən meyxanaçı olmayıb. O, hətta Aydın Xırdalanlı ilə də kəllə-kəlləyə gələ bilirdi.

Rəşad da əksər meyxanaçılar kimi bu sənətin ənənə zəncirini davam etdirir, yazılmamış qaydalara hörmətlə yanaşır.



Bir qrup meyxana deyən gənc Rəşad Dağlının öz avtoritetindən istifadə edərək gənclərin yolunu bağladığını iddia edir. Bir vaxtlar Rəşadla üz-üzə deyişən, hətta bəzi meydanlarda Rəşada layiqli rəqib olan o gənclər günlərin birində “meyxana kralı”nın qəzəbinə tuş gəlirlər, Rəşad onların olduğu məclislərdən imtina etməyə başlayır.

Təbii, məclis sahibi də bu seçim qarşısında qaldıqda Rəşadı seçir və həmin gənclərdən imtina edir. Gənclərin iddiasına görə, Rəşad onunla ciddi rəqabət aparan rəqibləri sevmir. O, toylara, adətən, elə kollektivlə yollanır ki, həmin məclisdə onun krallığı açıq-aydın seçilsin, onunla deyişən, bir məclisdə olan şəxslər də, iddiaya görə, bu qaydaya sadiq qalırlar...


Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO
Bu haqda Rəşad Dağlının yaxın dostu Orxan Lökbatanlı müsahibələrinin birində deyir:

“Mən Rəşadı neçə illərdir tanıyıram. Rəşad kiminsə çörəyinə bais olacaq insan deyil. Sadəcə, elə adamlar var ki, özlərini meyxanaçı kimi qələmə verirlər. Biz məclisə gəlirik, bizə deyirlər, filan uşaq təzə-təzə meyxana deyir, istedadı var, qoyun o da sizinlə meyxana desin. Razılaşırıq. Həmin uşaq mikrofonu əlinə götürüb ikinci bəndə keçəndə başlayır qanacaqsızlıq etməyə. Ola bilər, həmin məqamla bir də rastlaşmamaq üçün mən də, Rəşad da, digər meyxanaçılar da toya dəvət edənə deyək ki, məclisdə keçən dəfə qanacaqsızlıq edən oğlan olmasın”.

Rəşad Dağlı 2010-cu ildə Nailə Süleymanzadə adlı xanımla ailə qurub. Onların Yusif adlı oğlu və Bətül adlı qızları dünyaya gəlib.


Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO
Doqquz ildən sonra, 2019-cu ilin avqust ayında isə Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirib.

Bu xəbərin mətbuatda getməsindən az sonra meyxanaçının qardaşı Ağa Əmirov yayılan xəbərin yalan olduğunu bildirib:

“Qardaşım xanımı ilə bir yerdədir. Ailəsində də hər şey qaydasındadır. Rəşad tanınmış adamdır. Bir istəyəni varsa, beş də istəməyəni, gözü götürməyəni var. Bu xəbəri yayanlar qardaşımı istəməyənlərdir. Onların məqsədi Rəşadın ailəsində söz-söhbət salmaqdır. Qardaşımın iki balası var. Oğlu birinci sinfə gedir. Uşağın sinif yoldaşları var. İndi nə yazılsa, internetdə çıxır. Uşaq da o xəbərləri oxuyur. Belə xəbərlər ona pis təsir edir, psixologiyasını pozur”.

Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO
Ancaq bu xəbərin üzərindən bir neçə saat keçəndən sonra Nailə xanım mətbuata açıqlama verərək boşanma haqqında məhkəməyə müraciət etdiyini doğrulayıb:

“Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O, övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil”.

Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO
Rəşad 2015-ci ildə ANS TV-də yayımlanan “Maşın” realiti-şousunda iştirak edib. Bu verilişdə o, aktrisa Mehriban Xanlarova ilə mübahisələri ilə yadda qalıb. Belə ki, aktrisa dağlılardan səs istəyib. Rəşad özü də dağlı olduğu üçün onun səs istəməsinə belə münasibət bildirib:

“Dağlı qadını Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən qadındır, Mehriban Xanlarova deyil”.

Bu şouda Rəşad yüksək səs yığaraq stilist Anar Ağakişiyevi uzaqlaşdırması ilə də yadda qalıb.
Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO
2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb. Onun “Toyota Prado” markalı avtomobili beton dirəyə çırpılaraq aşıb. Qəzada Rəşad Dağlının qolu sınıb.

Rəşad həm də meyxana məclislərində davaları ilə də xatırlanan meyxanaçılardandır. Bir neçə il əvvəl toy mərasimlərinin birində Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar. Davaya səbəb isə Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırması olub.
Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO
Deyilənlərə görə, Rəşadın ən böyük konflikti meyxanaçı Rüfət Nasosnu ilə olub. Belə ki, məclislərin birində onların mübahisəsi o qədər dərinləşib ki, Rəşad öz həmkarını bıçaqlayıb. Bir müddət sonra Rəşadla birgə şəklini sosial şəbəkədə paylaşan Rüfət belə yazıb:

“Mən ancaq Allahdan xeyirlisini arzuladım... İstər özümə, istər özüm kimilərə”.
Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO
Rəşad Dağlı uzun müddət efirlərə çıxmayıb. Bununla bağlı özünə qadağa qoyan meyxanaçı bildirib ki, yalnız min manat qonorar qarşılığında verilişlərə çıxacaq. Hətta o, kanalların biriylə razılaşıb studiyaya gələndən sonra ona verilən vədin yerinə yetirilmədiyini görüb və verilişdə yer almaqdan imtina edib.

2021-ci ildə Rəşad Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. Onun karantin qaydalarını pozaraq mərasimdə iştirak etdiyi müəyyənləşdirilib.


Yoldaşı onu tərk etdi, dostunu bıçaqladı: Rəşad Dağlını hönkür-hönkür ağladan nə oldu? - FOTO
Meyxananın kralı hesab olunan Rəşad Dağlı bu gün də öz taxtını qorumaqdadır. Meyxana aləmində onun rəqibi yoxdur. Rəşad mətbuata heç bir müsahibə vermir. Son günlər isə o bunu Aydın Xırdalanlının, Vüqar Biləcərinin ölümü ilə əlaqələndirib və onlara hələ də yas saxladığını bildirib.

Rəşad nə qədər sərt, davakar təsir bağışlasa da o, göz yaşları ilə də yadda qalıb. Yaxın dostları Aydın Xırdalanlı və Vüqar Biləcəri dünyasını dəyişən zaman Rəşad kameralar qarşısında hönkür-hönkür ağlayıb.Kulis.az




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi