azia.az
azia.az

Qəhrəman zabitimizi unutmayaq

15-10-2022, 09:55




 

Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu. Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Noyabrın 10-da Rusiya prezidentinin də iştirakı ilə imzalanmış bəyanat Ermənistanın hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, Azərbaycanın bu ölkənin kapitulyasiyası üçün irəli sürdüyü şərtlərin rəsmiləşdirilməsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi, həlledici qələbənin əldə olunmasına qədər dayanmaq əmri vermədi. Ermənistanın təslim olmasınıəsas səbəblərindən biri də Azərbaycan Ordusunun böyük rəşadət hesabına Şuşanı işğaldan azad etməsi idi. Bu tarixi uğurla Ermənistan ordusuna sarsıdıcı zərbə vuruldu. Ermənistan ordusu məğlub oldu. Qəlbində vətən nisgili daşıyan, haqqında söhbət açacağımız mərhum Qarabağ döyüşçüsünün ruhu indi şaddır. Qəhrəmanlarımızı tanıyaq silsiləsindən olan mərhum döyüşçü Məmmədli(Məmmədov) Məhəmməd Musa oğlunun hərb həyatına nəzər salaq. 

Məmmədli(Məmmədov) Məhəmməd Musa oğlu 07.02.1973-cü ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuş, 1979-cu ildə Laçın Rayonunun Minkənd kənd orta məktəbinə daxil olmuş, 1990-cı ildə məktəbi bitirərək, həqiqi hərbi xidmətə göndərilmişdir. İki illik hərbi xidmətini Moskva şəhərinin Smolens vilayətində baş çavuş kimi başa vurmuşdur. 1992-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikasınıərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü olaraq qatılmış, Laçın, Füzuli, AğdərəŞəmkir, Qazax istiqamətində ağır döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri(1992) və hərbi hazırlıq üzrə bölük komandirinin müavini(1192-1996), Şəmkir rayonunda yerləşən, N saylı hərbi hissədə bölük komandiri(1996-1997), Qazax rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini(1997-1999) vəzifəsində qulluq etmiş, döyüşlər zamanı iki dəfə kontuziya almışdır. 31.08.1999-cu il tarixindən Qarabağ veteranı kimi ehtiyata buraxılmışdır. Xidmət etdiyi dövr ərzində 30.04.1994-cü il tarixində Bakı Ali Hərbi-Dəniz Məktəbinin nəzdində zabit-siyasi işçi hazırlama üzrə 2 aylıq kursu bitirib leytenant rütbəsi alaraq yenidən döyüş bölgəsinə qayıtmış, 1996-cı ildə isə baş leytenant hərbi rütbəsi almışdır. Xidməti dövründə özünü döyüşlərdə qorxmaz, igid və cəsur bir Azərbaycan əsgəri kimi göstərmiş, hərbi işə canyananlığı və qayğıkeşliyi hərbi hissə komandanlığının və döyüş yoldaşlarının dərin hörmətini qazanmışəla xidmətinə, nümunəvi nizam-intizamına və göstərdiyi şücaətinə görə komandanlıq tərəfindən dəfələrlə təşəkkürnamə, “Horadiz” əməliyyatında öz xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə isə 1994-cü ildə Ümummilli Liderimiz Ali baş Komandan HeydəƏliyev tərəfindəşəxsən “Şah İsmayıl Xətai” fəxri fərmanı ilə təltif edilmişdir. 

Ehtiyata buraxıldıqdan sonra 2000-2007-ci illərdə Sanqaçaldakı Bakı Şəhər Neft Terminalının təhlükəsizlik xidmətində, 2007-2011-ci illərdə isə Bakı Metropoliteninin hərbiləşdirilmiş şöbəsində çalışmışdır. 

16.08.2011-ci il tarixindən ömrünün sonuna kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində (2004 saylı hərbi hissədə Şəxsi heyət üzrə şöbənin zabiti(2011-2013), xüsusi məktəb rəisinin müavini(2013-2015)) kimi qulluq etmiş, xidmət dövrü ərzində kapitan rütbəsi almışdır. 24.06.2015-ci il tarixində mədə xəəngindən vəfat etmişdir. Şanlı qələbə ruhu azad olmuş torpaqlarda dolaşan mərhum zabitimizin arzularının həyata keçdiyi zəfər tarixidir. Allah rəhmət eləsin.

Ruhun şad olsun, zabit!

Qarabağ Azərbaycandır!


Subut Mehdiyev




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi