azia.az
azia.az

QARDAŞI və OĞLU veteran olan qəhrəman QAZİ

15-10-2022, 09:51

QARDAŞI və OĞLU veteran olan qəhrəman QAZİ


 

44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə mənfi təsir göstərməyib. Ermənilərin təxribatlarına, vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Bərdə, Goranboy, Ağdam və digər rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradəəzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir nəfər də olsun, fərarilik faktı qeydə alınmadı

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistanın işğalçı qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmağa məcbur etməsi birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir. Haqqında söhbət açacağımız mərhum, Birinci Qarabağ müharibəsinin igid döyüşçülərindən sayılan Ağamalıyev İmamqulu(İmişƏyyub(Salah) oğlunun indi ruhu şaddır. Qəlbində vətən həsrəti gəzdirərək sıralarımızı vaxtsız tərk edən mərhum döyüşçümüzün vəsiyyəti və arzuları həyata keçdi. Torpaqlarımız düşmən işğalından azad olundu. 

Ağamalıyev İmamqulu Əyyub (Salah) oğlu 2 may 1972-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. 1990-cı ildə Sovet ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Ulfa şəhərində 26 fevral 1992-ci ildə Xocalı hadisəsini eşidəndən sonra komandirlərinə müraciət edərək, Azərbaycana göndərilib. 1992-ci ilin aprel ayından könüllü olaraq ordu sıralarına daxil olmuş, sonra Laçının işğaldan geriyə alınması istiqamətində aparılan ağır döyüşlərin iştirakçısı olmuşdur. Bir müddət sonra isə Kəlbəcərdən keçərək Laçının kəndlərinin azad olunması uğrunda gərgin döyüşlərə qatılmışdır. 1993-cü ildə Laçının Fəracan, Səfyan, Güləbirt, Türklər, Suarası və Qubadlının bir neçə kəndlərinin alınması istiqamətində gedən döyüşlərin qəhrəmanına çevrilmişdir. 1995-ci ilin iyun ayında vaxtsız ölümün pəncəsinə təslim olmuşdur. Bu gün mərhumu tanıyanlar onu iftixar hissi ilə yad edir, Allahdan rəhmət diləyirlər.

Qarabağ Azərbaycandır!



Subut Mehdiyev

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi