Rusiya AST Telmana görə Monteneqroya nota verdi
Rusiya Monteneqro Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçə Federasiyaya giriş qadağası tətbiq edir.
Azia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Monteneqronun Rusiya Federasiyasındakı səfirliyinə Rusiya Xarici İşlər Nazirliyindən nota göndərilib.
Qeyd edilir ki, müvafiq tədbir Monteneqro hökumətinin 2021-ci ilin oktyabrında atdığı dostluğa sığmayan addımına görə - iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır.
Xatırladaq ki, əslən azərbaycanlı olan Telman İsmayılov “Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiyinə görə” İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.