azia.az
azia.az

İsraildə azərbaycanlı iş adamının evlərinə həbs qoyulub

7-12-2021, 15:40

İsraildə azərbaycanlı iş adamının evlərinə həbs qoyulub
İsraildə azərbaycanlı biznesmen Telman İsmayılovun ailəsinin iki evinə həbs qoyulub.

Azia.az qafqazinfo-ya istinadən xəbər verir ki, daşınmaz əmlakın qiyməti 3 milyon dollar olaraq qiymətləndirilir.

Təl-Əviv məhkəməsi BM-Bankın iddiası üzrə məsələ ilə bağlı qərar verib.

Telman İsmayılovun özü Monteneqroda olduğundan bütün rəsmi proseslərin icrası bir qədər vaxt tələb edib. Sənədlər İsrail və Monteneqro arasında gedib-gələrkən Telman İsmayılov daşınmaz əmlakı oğlu Ələkbər İsmayılova verib.

Lakin BM-Bank məhkəmə yolu ilə bu əmlakın barəsində həbs tədbirinin seçilməsinə nail olub. İndi proses İsmayılovun oğlu ilə davam etdiriləcək. Məhkəmə prosesi çərçivəsində BM-Bank Tel-Əvivdəki evlərin qanunsuz olaraq özgəninkiləşdirildiyini sübut etməyə çalışacaq.

Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi