azia.az
azia.az

Telman İsmayılova buna görə siyasi sığınacaq verilib

24-10-2021, 09:09

Telman İsmayılova buna görə siyasi sığınacaq verilib
Azərbaycanlı iş adamı Telman İsmayılovun vəkili Marina Rusakova müvəkkilinə qarşı Rusiyada başlanmış işi əsassız adlandırıb.

Azia.az xəbər verir ki, Marina Rusakovanın sözlərinə görə, Telman İsmayılov əsassız təqiblərə məruz qaldığı üçün siyasi sığınacaq alıb. Rusakovanın sözlərinə görə, bu məsələ ilə bağlı bir neçə dinləmə olub və Sürix prokurorluğu 2021-ci il yanvarın 5-də iş adamına qarşı çirkli pulların yuyulması ilə bağlı cinayət işinə xitam verib.

Rusakova qeyd edib ki, iş BM-Bank tərəfindən İsmayılovun iki milyon dolları yuması ilə bağlı yalan məlumat verildikdən sonra açılıb. Lakin üç ildən sonra bank vəsaitlərinin hərəkəti yoxlanıldıqdan sonra işə xitam verilib.


T.İsmayılova siyasi sığınacaq verilməsi ilə bağlı qərarın tam mətni oktyabrın 28-də təqdim olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi