Azərbaycanda kürəkən qayınatasının evinə gəldi - Tüfənglə havaya atəş açdı
Göygöldə ev sahibinin kürəkəni xuliqanlıq edib, havaya atəş açıb.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 17-də Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəninin xuliqanlıq zəminində tüfəngdən havaya 2 dəfə atəş açması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
M.Şıxalıyev saxlanılıb, ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.