azia.az
azia.az

Milli Qəhrəmanın polis rəisi işləmiş qardaşı "Kalaşnikov”dan atəş açdı

18-12-2021, 14:48

Milli Qəhrəmanın polis rəisi işləmiş qardaşı "Kalaşnikov”dan atəş açdı
Milli Qəhrəmanın polis rəisi işləmiş qardaşı "Kalaşnikov”dan atəş açdı

Bakıda avtomat silahdan avtomobilə atəş açılıb.

Məlumata görə, hadisə dünən axşam saatlarında Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, keçmiş polis rəisi, təqaüddə olan polis polkovniki Rza Hacıyev tanışı, Bakı şəhər sakini Şirzad Quliyevin sürdüyü "Lexus” markalı avtomobilə əlindəki "Kalaşnikov” avtomatı ilə dəfələrlə atəş açıb. Nəticədə xəsarət alan olmasa da, avtomobil güllələrlə deşilib. R.Hacıyev saxlanılıb.
Milli Qəhrəmanın polis rəisi işləmiş qardaşı "Kalaşnikov”dan atəş açdı
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi