Kürdəmir rayonunda silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, Kürdəmir RPŞ əməkdaşları tərəfindən ötən il dekabrın 2-də rayon sakini Sahib Xəlilovun idarə etdiyi “Mercedes” markalı avtomobilə tüfəngdən atəş açmaqda şübhəli bilinən Şüşün kənd sakini Baxış Sadıqov tutulub və hadisə törədilərkən istifadə edilən “TOZ-34” markalı tüfəng götürülüb.
Araşdırmalar zamanı həmin gün B.Sadıqovun tüfəngdən atəş açaraq Abşeron rayon sakini Xəqani Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilin şüşəsini sındırması da müəyyən edilib.