azia.az
azia.az

Xəstəxanada HADİSƏ: Tüfənglə gələn həkim atəş açdı - FOTO

29-12-2021, 14:11

Xəstəxanada HADİSƏ: Tüfənglə gələn həkim atəş açdı - FOTO
Rusiyanın Stavropol vilayətinin Svetloqrad şəhərində sərxoş həkim xəstəxanada dava salıb.

O, eyni xəstəxananın həkimi olan keçmiş arvadı ilə məişət məsələsini həll etməyə çalışıb.

Azia.az oxu.az-a istinadən xəbər verir ki, tüfənglə xəstəxanaya daxil olan 36 yaşlı cərrah-anestezioloq otaqlardan birinə girərək atəş açıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb; bütün güllələr divara və tavana tuş gəlib. Bundan sonra həmin şəxs silahı divanın altında gizlədib.

Hüquq-mühafizə orqanları çox çevik reaksiya verib, təhlükəli vətəndaş saxlanılıb.


Vəziyyətin nəzarət altında olduğu bildirilir. Hadisənin baş vermə şəraiti aydınlaşdırılır, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



Məqaləyə dair fotomateriallar:


Xəstəxanada HADİSƏ: Tüfənglə gələn həkim atəş açdı - FOTO
Xəstəxanada HADİSƏ: Tüfənglə gələn həkim atəş açdı - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi