Düşmən üç istiqamətdə əks-hücum cəhdi etdi, xeyli canlı qüvvəsi havaya uçdu
Düşmən üç istiqamətdə əks-hücum cəhdi etdi, xeyli canlı qüvvəsi havaya uçdu
Müdafiə Nazirliyi cəbhədə gedən döyüşlər barədə yeni operativ məlumat yayıb. Məlumata əsasən bu gün noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Təqdim olunan videokadrlarda düşmənin irəliləməyə çalışan canlı qüvvəsinin və atəş mövqeyində olan hərbi texnikasının ordumuzun müxtəlif atəş vasitələri ilə necə məhv edildiyi əks olunur.