Makron: G7 ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək, Ukraynaya dəstəyi gücləndirmək öhdəliyi götürüb
G7 (Böyük Yeddilik) ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək öhdəliyi götürüb.
Azia.az bildirir ki, "Report"un Fransa mediasına istinadən məlumatına görə, bu barədə ölkə Prezidenti Emmanuel Makron G7 sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Rusiyaya qarşı sanksiyaları gücləndirmək və Ukraynanın hərbi-hava imkanlarını möhkəmləndirmək öhdəliyi götürdük", - o əlavə edib.