Millət vəkili, Siyasi Elmlər Doktoru Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İ.Natividadla köçkün qadınlardan danışıb.Görüşdə deputat Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva, xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidentini məlumatlandırıb. Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edən millət vəkili, Siyasi Elmlər Doktoru Q.Paşayeva sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib. Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib. Görüşdə “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdiyeva, “İşgüzar Qadınlar” İctimai Birliyinin sədri Sürəyya İsmayılova, araşdırmaçı Kəmalə Paşayeva, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Gülnarə Xəlilova, Arzu Bağırova, Lalə Bağırova, Tehran Nağıyeva iştirak ediblər.