azia.az
azia.az

Makron liderlərlə Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

19-04-2022, 08:08


Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı mümkün yeni sanksiyaları müzakirə etmək üçün ABŞ prezidenti Co Bayden və bir sıra digər Qərb liderləri ilə telefonla danışacaq.
Makron liderlərlə Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
O bu barədə “France 5” telekanalının efirində bildirib.

“Sabah axşam prezident Bayden və digər Avropa liderləri ilə söhbətim olacaq, biz Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəyik”, - Makron bildirib.

Rusiyadan təbii qaz tədarükünə mümkün məhdudiyyətlər barədə sualı cavablandıran Makron deyib: “Rusiyadan birbaşa Fransaya gedəcək bir boru xətti yoxdur. Digər ölkələr bu tədarüklərdən asılıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi