Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir
Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ideyası respublika referendumunda əhali tərəfindən təsdiqlənərsə, onu beynəlxalq konsorsium tikməlidir.
Xəbər verilir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səsvermədən sonra jurnalistlərlə söhbətində bildirib.
“Bu, asan məsələ deyil. Hökumət təhlillə məşğul olmalı, müvafiq danışıqlar aparmalıdır. Bu məsələyə dair şəxsi baxışım ondan ibarətdir ki, Qazaxıstanda ən qabaqcıl texnologiyalara malik dünya şirkətlərindən ibarət beynəlxalq konsorsium işləməlidir. Sonrasını, necə deyərlər, həyat göstərəcək”, – o vurğulayıb.
Qazaxıstanda AES-in tikintisi ilə bağlı respublika referendumu bu gün keçirilir. Seçici siyahılarında olan 12,2 milyon vətəndaşın 50 %-dən çoxu iştirak edərsə, referendum baş tutmuş sayılacaq. report