Rusiyalı jurnalist Nobel medalını 103 milyon dollara hərraca çıxardı - FOTO
Müstəqil “Novaya qazeta” qəzetinin rusiyalı baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatı medalını 103,5 milyon dollara (84 milyon funt sterlinq) hərraca çıxarıb.
Azia.az BBC-yə istinadən xəbər verir ki, satışı həyata keçirən “Heritage Auctions” şirkəti qalibin kim olduğunu açıqlamayıb.
Dmitri Muratov bildirib ki, satışdan əldə olunacaq gəlir ukraynalı qaçqınlar üçün ianə ediləcək.
Qeyd edək ki, Muratov Rusiyada ifadə azadlığını müdafiə etdiyinə görə 2021-ci ildə sülh mükafatına layiq görülüb. “Novaya qazeta” isə öz fəaliyyətini mart ayında, Rusiyanın Ukraynaya müdaxiləsindən az sonra dayandırıb.