azia.az
azia.az

“İlham Əliyevə Nobel mükafatı verilməlidir” - Deputat

24-12-2021, 14:21

“İlham Əliyevə Nobel mükafatı verilməlidir” - Deputat
“Prezident İlham Əliyev Nobel sülh mükafatına layiq görülməlidir. Hesab edirəm ki, bu istiqamətdə işlər davam etdirilməlidir”.
Bakupost.az -ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyaraq beynəlxalq sülhə çox ciddi töhfələr verib: “Azərbaycan Prezidenti ərazilərimizi işğaldan azad etməklə beynəlxalq təhlükəsizliyə təhdid törədən transmilli cinayətlərin də qarşısını almış oldu. Bu günə qədər Nobel sülh mükafatına layiq görülmüş şəxslərin fəaliyyəti ilə Prezident İlham Əliyevin fəaliyyətini müqayisə etmək heç doğru olmazdı. Prezident İlham Əliyev öz praqmatik siyasəti ilə beynəlxalq sülhə töhfə verib”.
Deputat vurğulayıb ki, son 18 ilin ən böyük uğurlarından biri Azərbaycanın sürətli, dinamik iqtisadi inkişafına nail olunması, ölkənin iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisə edilməyəcək səviyyəyə yüksəlməsidir: “Müasir Azərbaycan bu gün regional və beynəlxalq miqyaslı iqtisadi layihələri həyata keçirən ölkədir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi