azia.az
azia.az

Bakıda məktəbin elektrik xətləri sıradan çıxdı - SƏBƏB

Bu gün, 16:00

Sentyabrın 28-də “Zəngi” liseyinin yaxınlığındakı yaşayış kompleksinin həyətində ağacın yanması nəticəsində məktəbin akt və idman zalına gələn elektrik xətləri zərər görüb.

Xəbər verilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, qısa müddətdə təhsil müəssisəsinə elektrik enerjisinin verilməsi bərpa olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Tədris prosesi normal qaydada davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi