azia.az
azia.az

Rusiyalı bankir Putinin başına 1 milyon dollar vəd etdi — FOTO

3-03-2022, 08:06

Rusiyalı bankir Putinin başına 1 milyon dollar vəd etdi — FOTO
Rusiyalı iş adamı, hazırda ABŞ-da yaşayan “СЕО Transparent Business” şirkətinin baş direktoru Aleksandr Konanıxin Putinin başına mükafat elan edib. O, işğalçı ölkənin prezidentini öldürən zabitə 1 milyon dollar verəcəyini vəd edir. Konanixinin dərc etdiyi fotoya əsasən, o, Putinin qətlinin əvəzini ödəməyə hazırdır.

Bu yazı iş adamının Facebook səhifəsində yayılıb. “Mən öz konstitusion vəzifəsini yerinə yetirərək Putini Rusiya və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətkar kimi öldürəcək zabitlərə (zabitə) 1 milyon ABŞ dolları ödəyəcəyimə söz verirəm.
Rusiyalı bankir Putinin başına 1 milyon dollar vəd etdi — FOTO
Putin Rusiya prezidenti deyil. Rusiyada çoxmənzilli binaları partlatmaq üçün xüsusi əməliyyat keçirib, daha sonra azad seçkiləri ləğv etməklə və rəqiblərini öldürməklə o, Konstitusiyanı pozub. Bir etnik rus və Rusiya vətəndaşı kimi mən Rusiyanın deazizasiyasına töhfə verməyi öz mənəvi borcum hesab edirəm.

Mən Ukraynaya Putin ordusunun irəliləməsinə etdiyi müqavimətə qəhrəmancasına kömək etməyə davam edəcəyəm”, – deyə biznesmen bildirib. Sonradan sosial şəbəkə onun yazısını sildi, lakin Konanıxin onun nüsxəsini çıxarıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi