Temperatur düşür, havalar soyuyur: tarix açıqlandı
Sentyabrın son günlərində Bakıda havanın temperaturunun tədricən aşağı düşməsi gözlənilir.
Xəbər verili
r ki, ajans.az-ın araşdırmasına görə, sentyabrın 29-da Bakıda gündüz temperaturu 26 dərəcə olacağı, daha sonra isə yağış yağacağı gözlənilir.
Araşdırmaya əsasən, əsas sərinləşmə oktyabrın ilk günlərindən başlayacaq.
Qarşıdakı günlərdə temperaturun 22 dərəcəyə düşəcəyi, oktyabrın ilk həftəsində isə daha da aşağı düşəcəyi gözlənilir.
Hazırkı proqnoza əsasən oktyabrın ilk günləri Bakıda gündüz temperaturunun 14 dərəcəyədək enməsi göstərilir.
Beləliklə, isti hava ilə vidalaşmaq istəyənlər üçün ilk ciddi sərinlik oktyabrın ilk həftəsinə təsadüf edə bilər.
