azia.az
azia.az

Mən nə edə bilərəm ki?!

Bu gün, 16:12

Təranə Şəms

Əliqələmli Azərbaycan oğlu yaşadığı eldə, obada gördüyü hər bir detala vicdanla yanaşaraq baş verən hadisələri izləyir. Əlbəttə, elə hadisə olur ki, kimsə bəyənir, eləsi də olur ki, bəyənmir və öz iradını bildirir. Bizim dövlətin də belə saytları və mətbuat orqanları çoxdur.

Gündəmi zəbt edən hadisələrdən söz etmək istərdim. Unutmayaq ki, Azərbaycanın vəzifə sahibləri hər gün bir qanun və qərarla gündəmi əldə saxlamağa öyrəşiblər. Məsələn, gündəmi zəbt edən “cərimə” qanunlarına baxaq. Hərdən elə qaydalar ortaya çıxır ki, çox insana pis təsir edir.
Bu hadisələr barədə danışmaq üçün cərimələrin özü barədə danıəşmaq istərdim. Görək, o öz oxucularına nələri danışacaq. İndi o danışsın, biz də onu dinləyək.
Cərimə deyir:
— Mən də xoşuma gəlməyən işləri heç sevmirəm. Mənə desələr ki, bu işi tənzimlə, deyirəm: başüstə! 
Nədən etməyim ki? 
Axı mənim də xoşuma gəlmir...
Məsələn, yeni qəbul edilən qaydalarla insan meşədəki ağaclardan meyvə dərsə, mən həmin cəriməni ona təqdim etməliyəm. Amma bir az düşünəndə deyirəm: mən ona niyə cəriməni təsdiq edim ki? Axı həmin meyvələri Allah özü yaratdığına nəsib edib.
Belə hal tək deyil. Azərbaycanda bir çox işlərə cərimə tətbiq edilir. Mən yalnız bir nümunə təqdim etdim.
Belə hala rəğmən məndən isə tələb edirlər ki, kasıb insanı köləyə çevirim.
Cərimə bir az susdu, sonra yenə yoluna davam edib danışdı:
— Qeyd etmək istərdim ki, dövlətin içində belə hadisələr də cərəyan etməkdədir. Baş verən hadisələrdən bir nümunə də qeyd edim. Milli Məclisdə oturub millətin və mənim xoşuma gəlməyən fikrə qanun imzalatsalar, mən də deyərəm: hə... bunlar bir iş görə bildilər!
Yəni gözümüzü açıb baxsaq, söhbətin nədən getdiyi aydındır.
Milli Məclisdə oturub mental dəyərlərdən, geyimdən danışmaq və onu həyata keçirmək üçün qanun imzalamaq məsələsi də mənim fikrimdən keçdi. Dedim, görəsən, belə bir işə qərar verən insan özü başa düşürmü etdiyi işləri?
İndi gəlin İslamda olan insanlarla ən müasir Azərbaycan modamızı bir tərəziyə qoyaq. Görəsən, belə bir işə qadağa qoymaq istəyən adam özü bu tərəzinin hansı gözündə dayanıb?
Cərimə bu dəfə bir az da fikrə getdi.
— Əslində çox detalları ortaya çəkə bilərəm, — dedi. — Amma hamısını desəm, mənim özümə də deyərlər ki, ay Cərimə, sən nə vaxtdan belə çox danışmağa başlamısan?
Elə bu vaxt qəfildən BMT-də baş verən hadisə də yadına düşdü. Hal-hazırda həmin hadisə sosial şəbəkələrdə geniş şəkildə gündəm kimi yayımlanırdı.
Bütün bunları düşündükcə CƏRİMƏ tamam hövsələdən çıxırdı.
— Haqqa baxası olsaq, əslində biz hər hadisənin içindəyik. Mən kənar işləri kənara qoya bilərəm. Amma insanın öz içindən hadisəyə narazılığı varsa, ona mən nə edə bilərəm axı?!
Cərimə bir müddət susdu.
Sonra başını qaldırıb oxuculara baxdı:
— Bu sualın cavabını siz versəniz, yaxşı olar!
Sadəcə Cərimə öz daxilində olanları düşünürdü. Oxucudan da öz şəxsi fikrinə bir cavab almaq istəyirdi.
Amma nə qədər düşündüsə, yenə həmin sualın ətrafında fırlandı:
— Mən nə edə bilərəm ki?! 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi