İsrail tarixində yeganə Olimpiya çempionu qızıl medalını satır
İsrailin tarixində yeganə Olimpiya çempionu olan Qal Fridman qızıl medalını satmaq barədə düşünür.
TASS xəbər verir ki, Fridman qazandığı medalı İsraildə hərraca çıxarmaq üçün ona kömək edəcək mütəxəssis axtardığını “Facebook” səhifəsində yazıb. O, şərhlərə cavabında bu medalın Olimpiya qızılı olduğunu qeyd edib.
Çərşənbə axşamı “Ualla!” informasiya portalına verdiyi müsahibədə idmançı bildirib ki, o, yalnız Olimpiadanın qızıl medalının qiymətini bilmək istəyir. “Mənə pul lazımdır və hesab edirəm ki, medal lazım olan məbləğə satılacaq”.
İsrail milli komandası ilk dəfə 2004-cü ildə Afinada Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Fridman olimpiadada yelkənli qayıq yarışında birinci yeri tutub. O, 1996-cı il Atlanta Olimpiya Oyunlarında bürünc medala layiq görülüb. İsrailin yeganə Olimpiya çempionu 43 yaşlı Fridman 2008-ci ildə idman karyerasını bitirsə də məşqlərə davam edir.