Rusiyaya qarşı ən "öldürücü" sanksiya gəlir: "Bununla hər şey bitə bilər"
Avropa Komissiyası Rusiya neftinin idxalına qarşı sanksiyalar hazırladığını açıqlayıb. Xəbər verilir ki, Avropa İttifaqı öz iqtisadiyyatı üçün itkiləri minimuma endirmək məqsədi ilə Rusiya neftinin idxalına qarşı fərqli sanksiyalar hazırlayır.
Bu barədə məlumatı Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis "The Times"a bildirib.
Onun sözlərinə görə, Brüssel tezliklə Rusiya Federasiyasına qarşı neft embarqosunun müəyyən formasını özündə əks etdirən altıncı sanksiyalar paketini təqdim edəcək:
"Biz altıncı sanksiya paketi üzərində işləyirik və nəzərdən keçirdiyimiz məsələlərdən biri neft embarqosuna hesablanıb. Biz sanksiyalar tətbiq edərkən bunu Rusiyaya təzyiqi maksimum dərəcədə artıraraq, özümüzə dəyən zərəri minimuma endirən şəkildə etməliyik”.
Almaniya da öz növbəsində tədricən Rusiyanın enerji resurslarını almaqdan imtina edəcək. Berlin 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını tamamilə dayandırmaq niyyətindədir.
Qeyd edək ki, aprel ayında Rusiya Federasiyasının neft sənayesi gündəlik hasilatının 7,4%-ni itirib.
Ayşən