Rusiyaya qarşı indiyədək görünməmiş sanksiyalar tətbiq olunacaq – Borrell
Avropa İttifaqı liderləri bu gün Brüsseldə keçiriləcək sammitdə Aİ-nin Rusiyaya qarşı ən sərt sanksiyalar paketini nəzərdən keçirəcək.
Bunu Aİ diplomatiyasının başçısı Jozep Borrell bildirib.
“Biz ən qəti şəkildə cavab verəcəyik. Avropa İttifaqının rəhbəri bu axşam Aİ sammitini çağırıb. Sammitdə indiyə qədər tətbiq etdiyimiz ən güclü sanksiyalar paketinin qəbulu üçün siyasi razılıq alınacaq”, – deyə o jurnalistlərə bildirib.
Aİ diplomatiyasının rəhbəri eyni zamanda vahid reaksiya və Rusiyaya çağırış üçün dünya üzrə Aİ tərəfdaşları ilə əlaqə saxlayacağını vəd edib. “Rusiya rəhbərliyi misli görünməmiş təcridlə üzləşəcək”, – deyə o söz verib.
Mənbə: My Webpage