Almaniya və Ukrayna Rusiyaya qarşı birləşir - Sanksiyalar paketi müzakirədədir
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolts ilə Rusiyaya qarşı sanksiyalar paketini müzakirə edib.![]()
Bu barədə TASS agentliyi məlumat yayıb.
“Biz ehtimal olunan təcavüzə qarşı hərtərəfli sanksiyalar paketinin tətbiqi məsələsini müzakirə etdik. Mənim mövqeyim məlumdur: aqressiyanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək”, - deyə Zelenski görüşdən sonra keçirilən brifinqdə deyib.
Ukrayna Prezidenti bildirib ki, Almaniya kansleri ilə danışıqlar zamanı Avropada təhlükəsizlik məsələləri əsas diqqət mərkəzində olub.