azia.az
azia.az

Aİ-dən Rusiyaya qarşı qorxunc sanksiyalar

24-02-2022, 13:32

Aİ-dən Rusiyaya qarşı qorxunc sanksiyalar
Avropa Komissiyası Rusiya Federasiyasının iqtisadiyyatının strateji sektorlarına qarşı sanksiyalar tətbiq edəcək. Moskvanın əsas texnologiyalara və maliyyə bazarlarına çıxışı bloklanacaq.

Unian xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini Avropa İttifaqı ölkələrinin liderlərinin təsdiqi üçün təklif edəcək.

"Bu paketlə biz Rusiya iqtisadiyyatının strateji sektorlarını hədəfə alacağıq, onların Rusiya üçün əsas olan texnologiya və bazarlara çıxışını əngəlləyəcəyik. Biz Rusiyanın iqtisadi bazasını və onun modernləşmə qabiliyyətini zəiflədəcəyik", - Avropa Komissiyasının rəhbəri bildirib.

Eyni zamanda o, Aİ-nin Rusiyanın Avropa Birliyindəki aktivlərini donduracağını və Rusiya banklarının Avropa maliyyə bazarına çıxışını dayandıracağını bəyan edib.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi