ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Rəsmi Vaşinqton Ukrayna ilə bağlı Rusiyaya qarşı sanksiya siyahısına 17 şəxsi əlavə edib
Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.
Məlumata görə, siyahıya Krım hökumətinin 8 naziri, həmçinin Federal Təhlükəsizlik Xidmətinin və İstintaq Komitəsinin Krım üzrə idarələrin rəhbərləri daxil edilib
Siyahıya həmçinin Donetsk və Luqansk separatçı “respublikaları”nın rəhbər şəxsləri və rusiyalı diplomat Georgi Muradov daxil edilib.
Bundan başqa, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın “Qazprom” holdinqinin bir neçə törəmə şirkətinə qarşı sanksiya tətbiq edib. (Apa)