azia.az
azia.az

Ukrayna Almaniyanı silah tədarükünü tezləşdirməyə çağırıb

15-04-2022, 07:46

Ukrayna Almaniyanı silah tədarükünü tezləşdirməyə çağırıb
Ukrayna Almaniyanı silah tədarükünü tezləşdirməyə çağırıb
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Almaniya kansleri Olaf Şoltsu Kiyevə növbəti silah tədarükü ilə bağlı mümkün qədər tez qərar verməyə çağırıb.
"Ölkə.az" bu barədə ARD televiziya kanalına istinadən xəbər verir. Kuleba vurğulayıb ki, Almaniya əvvəllər silah tədarükünə razılıq versəydi, hərbi əməliyyatların qarşısını almaq olardı.

Nazir yenidən neft idxalına embarqo da daxil olmaqla Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb:

"Almaniya Avropanın aparıcı ölkəsidir. Və biz bu rola ümid edirik".

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirib ki, Kiyevin ağır silahlara ehtiyacı var və indi bu məsələdə bəhanə axtarmağın vaxtı deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi