azia.az
azia.az

“Müharibəyə başladın, indi buna hazır ol” – Müdafiə naziri Putini hədələdi

24-02-2022, 17:50

“Müharibəyə başladın, indi buna hazır ol” – Müdafiə naziri Putini hədələdi
Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sərt bəyanat verib. Azia.az teleqraf.com-a istinadla xəbər verir ki, bəyanatda Rusiyanın dialoq təklifini qəbul etmədiyi bildirilib.

Almaniya XİN-in bəyanatından:

“Dostumuz Ukrayna ilə koordinasiyadayıq. Rusiya dialoq təklifimizi qəbul etmədi. İndi Rusiyaya cavab verməsək, bunun əvəzini çox ağır ödəyəcəyik”.

Almaniyanın müdafiə naziri Kristin Lambrext isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib.

“Rusiyanın Ukraynaya hücumu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu, yaxın tarixdə heç nə ilə müqayisə edilə bilməz. Putin Avropanın ortasında heç bir səbəb olmadan müharibəyə başladı”, - nazir qeyd edib.

Lambrext Putinin qondarma Donetsk və Luqansk respublikalarını tanımaqla beynəlxalq hüququ tapdaladığını deyib: “Minsk razılaşmalarını darmadağın etdi. Rusiya indi misli görülməmiş və sərt sanksiyalara hazır olmalıdır”.

O, Putini qoşunlarını geri çəkməyə çağırıb: “Danışıqlar üçün Rusiya ilə əlaqə saxladıq, amma bunu geri itələdi. Bununla belə, dialoq üçün heç vaxt gec deyil”.

Xarici işlər naziri Annalena Berbok da Rusiyaya etiraz edib: “Rusiya Ukraynaya hücum edərək beynəlxalq qaydaları pozur. Dünya ictimaiyyəti bu biabırçı gündə Rusiyanı unutmayacaq. Biz tərəfdaşlarımızla birlikdə reaksiya verəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi