azia.az
azia.az

Rusiyaya qarşı dəhşətli silah işə düşür-SWIFT

26-02-2022, 19:56

Rusiyaya qarşı dəhşətli silah işə düşür-SWIFT
Rusiyaya qarşı dəhşətli silah işə düşür-SWIFT
Qərb Rusiyaya qarşı dəhşətli maliyyə silahını işə salmağa, bu ölkəni SWIFT beynəlxalq banklararası sistemindən çıxarmağa hazırlaşır. virtualaz.org xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu barədə elan edib. Onun sözlərinə görə, qərar rəsmən hələ qəbul edilməyib, amma artıq qərarın qəbul edilməsinə və onun həyata keçirilməsinə texniki hazırlıqlar başlayıb.

Bundan əvvəl məlum olmuşdu ki, Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasına tərəddüd edən sonuncu Avropa ölkəsi Almaniya da öz qərarını dəyişib və bu sanksiyanı dəstəkləməyi qərara alıb.

Rusiyaya qarşı dəhşətli silah işə düşür-SWIFT

“Biz didib-dibib axır ki, qopartıq. Ukrayna diplomatiyasının bütün vertikalı işlədi-prezidentdən başlamış Ukrayna səfirliklərindəki attaşelərə qədər. Habelə öz ölkələrinin hökumətlərinə bu qərarın qəbulu üçün təzyiq edən minlərlə adama, xüsusən də Ukrayna diasporunun üzvlərinə təşəkkür edirəm”, - Dmitri Kuleba bildirib.

Rusiyanın SWIFT sistemindən “söndürülməsinə” daha əvvəl ABŞ da tərəddüd etmişdi, lakin daha sonra Bayden administrasiyası bu sanksiyanı tətbiq etməyə razılaşıb. Ardınca İtaliya, Fransa və Kipr qərarı dəstəkləyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ, Böyük Britaniya və Avropa İttifaqı, eləcə də Yaponiya Rusiyaya qarşı sərt maliyyə-iqtisadi sanksiyalar barədə qərarlar veriblər. ABŞ-ın qəbul etdiyi sanksiyaya əsasən Rusiyanın cəmi 1 trilyon dollar aktivlərə malik olan 4 iri bankına dollar, avro, funt və yapon iyeni ilə əməliyyatlar aparmaq qadağan edilir. Bu isə həmin bankların faktiki iflic olması deməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi