azia.az
azia.az

Blinken Kuleba ilə Kiyevə hərbi yardımı müzakirə etdi

15-04-2022, 07:45

Blinken Kuleba ilə Kiyevə hərbi yardımı müzakirə etdi
Blinken Kuleba ilə Kiyevə hərbi yardımı müzakirə etdi
ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı Vaşinqtondan Kiyevə hərbi yardımı müzakirə edib.
Xəbər verilir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir. Prays bildirib ki, Birləşmiş Ştatlar Ukrayna hökumətinə və xalqına təhlükəsizlik, iqtisadi və humanitar dəstək verməyə davam etməkdə qərarlıdır.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 "Switchblade" mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi