azia.az
azia.az

ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırdı – Minsk vurulacaq?

26-02-2022, 18:21


Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb.
ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırdı – Minsk vurulacaq?

Bu barədə ABŞ-ın Belarusdakı səfirliyi “Twitter” hesabında məlumat yayıb.

“Dövlət Departamenti ABŞ vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edir və Belarusdakı ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır” – deyə qeyd olunub.

Bildirilib ki, Minsk hava limanı vasitəsilə müəyyən beynəlxalq istiqamətlərdə ölkəni tərk etmək olar. Litva, Latviya və Polşa ilə quru sərhədləri açıqdır və adi rejimdə işləyir.

Səfirliyin saytında Amerika vətəndaşlarına müraciətdə isə qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumu səbəbindən regionda gərginlik artıb, vəziyyət gözlənilməzdir, hava limanının və quru sərhəd keçid məntəqələrinin fəaliyyəti əvvəlcədən xəbərdarlıq edilmədən dəyişə bilər.

Savash.org bildirir ki, ABŞ-ın vətəndaşlarını Belarusdan çıxarması rəsmi Minskin Ukrayna böhranı zamanı tutduğu mövqe ilə bağlıdır və bu ölkəyə qarşı hansısa formada hərbi müdaxilə istisna edilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi