ABŞ qorxulu bəyanat yaydı: Bu ölkəni dərhal tərk edin
ABŞ Dövlət Departamenti amerikalıları Rusiyanın Belarusun Ukrayna ilə sərhədində narahatedici hərbi birləşmələri toplaması səbəbindən Belarusu dərhal tərk etməyə çağırıb.
Xəbər verilir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.
Qeyd edilib ki, ABŞ vətəndaşları kommersiya və ya şəxsi vasitələrlə dərhal Belarusu tərk etməlidirlər.
Dövlət Departamentinin Belarusa daxil olmağı tövsiyə etməməsinin səbəbləri arasında həbs riski və koronavirus pandemiyası da göstərilir. Bundan əlavə, amerikalılara Moldovaya səfərdən çəkinmək tövsiyə olunub.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden fevralın 16-nı Rusiyanın Ukraynaya təcavüzünün başlandığı gün elan edib. O, belə bir tarixi Qərb ölkələri, Avropa İttifaqı və NATO liderləri ilə danışıqlar zamanı verib.
Bunun fonunda 20-yə yaxın ölkə öz vətəndaşlarına hərbi münaqişə təhlükəsi ilə bağlı Ukrayna ərazisini tərk etməyi tövsiyə edib.My Webpage