Yaponiya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
Yaponiya öz vətəndaşlarını qeyri-müəyyən vəziyyətə görə Ukraynanı tərk etməyə çağırıb, bu barədə jurnalistlərə Fumio Kisida bildirib.
"Biz proqnozlaşdırıla bilməyən vəziyyətə görə Yaponiya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırırıq. Gələcəkdə hadisələrin inkişafına uyğun qərar veriləcək”, deyə hökumət başçısı bildirib.
Kisida eyni zamanda hökumətin Ukrayna ətrafındakı vəziyyətlə bağlı Böyük yeddilik ölkələri ilə sıx təmasda olduğunu bildirib.(apa)