azia.az
azia.az

ABŞ səfirliyi Ankaradakı terrorla bağlı vətəndaşlarına xəbərdarlıq edibmiş

14-03-2016, 10:09

ABŞ səfirliyi Ankaradakı terrorla bağlı vətəndaşlarına xəbərdarlıq edibmiş ABŞ səfirliyi Ankaradakı vətəndaşlarına terrorla bağlı xəbərdarıq edibmiş. Bu barədə Türkiyənin "Cumhuriyyət" qəzeti səfirliyin saytına istinadən məlumat yayılb. Səfirliyin saytında sadəcə ingilis dilində olan bölmədə yerləşdirilən xəbərdarlıqda qeyd olunub ki, Ankaranın Anıtkabir və Baxçəlievlər ərazisində terror təhlükəsi gözlənilir. Buna görə də səfirlik vətəndaşlarına bu barədə xəbərdarlıq edərək, həmin ərazidən mümkün qədər uzaq olmalarını tələb edib.
Bu xəbərdarlığın səfirliyin saytında yalnız ingiliscə bölməsində yayımlanması müzakirəyə səbəb olub. Saytda verilən məlumatda terror hadisəsinin baş vermə ehtimalının ola biləcəyi binalar da göstərilib. Onların sırasında Anıtkabir, Milli Kitabxana, Quru Qoşunları Komandanlığı, Xaricli İşlər, Sosial Müdafiə və İqtisadiyyat Nazirliyinin binası da var.
Qeyd edək ki, bu gün Ankarada Kızılay meydanı yaxınlığında baş verən partlayış nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb. Partlayış yerli saatla 18:35 radələrində "Güvənpark"ın yaxınlığındakı avtobus dayanacağında baş verib. Partlayış zamanı ətrafdakı binalara da ziyan dəyib. Bölgədən gələn xəbərlərdə ölü sayının artacağı istisna olunmur. Hazırda hüquq-mühafizə orqanları ərazidədirlər. Hələlik partlayışın səbəbi bilinmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi