ABŞ-ın Minskdəki Səfirliyi amerikalıları dərhal Belarusu tərk etməyə çağırıb
ABŞ-ın Minskdəki Səfirliyi amerikalıları Belarusu dərhal tərk etməyə çağırıb.![]()
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında bildirilir.
"Qanunların özbaşına qəbul edilməsi, saxlanma riski, Rusiyanın hərbi birləşmələrini Belarusla Ukrayna sərhədi boyunca qeyri-adi və narahatlıq doğuran genişləndirməsi, COVID-19 və bununla bağlı giriş məhdudiyyətləri səbəbindən Belarusa daxil olmayın. Belarusdakı ABŞ vətəndaşları dərhal kommersiya və ya şəxsi fondlarını tərk etməlidirlər", - Departament bildirib.
Bundan əlavə, Dövlət Departamenti Moldova ərazisinə girməməyi tövsiyə edib və ABŞ vətəndaşlarını Dnestryanı ərazini dərhal tərk etməyə çağırıb.