azia.az
azia.az

"Rusiya SSRİ kimi çökəcək, bunu yazın..." - İrina Xakamada ssenarini açıqlayıb

10-01-2022, 14:31

"Rusiya SSRİ kimi çökəcək, bunu yazın..." - İrina Xakamada ssenarini açıqlayıb
"Rusiya da SSRİ-nin oxşar taleyini yaşayacaq və çökəcək".

“Ölkə.Az” xəbər verir ki, bu fikirləri Xakamada hələ bir neçə il bundan öncə “Rossiya 1” telekanalında Vladimir Solovyevun verilişində çıxışı zamanı səsləndirib.

Onun çıxışını son günlərdə, xüsusən də Qazaxıstanda baş verən hadisələr fonunda aktuallığını nəzərə alaraq yenidən təqdim edirik.

Xakamada Rusiyanın çöküşünə sürüklənməsini ölkənin siyasi elitasının yanlış siyasətində görür:

“Bu gün biz baş verənlərdə kimlərisə, ABŞ, Avropanı ittiham edirik... Hər prosesdə hansısa gizli sövdələşmələr axtarmağa çalışırıq. Amma bu, belə deyil. Bütün günahları özümüzdə axtarmalıyıq” - o qeyd edib.

O deyib ki, SSRİ dövründə bütün güc, imperiya Amerika imperializminə qarşıydı və onunla mübarizə aparırdı: “O zaman sovet rəhbərliyi bütün pullarını nüvə silahı, uzaq və orta mənzilli raketlər hazırlamağa xərclədi. Xalq ac qaldı. Və nəticə nə ilə bitdi? Neft qiymətləri düşdü və SSRİ dağıldı. İndi bizə yenə həmin oxşar şey təklif edirlər. Bütün pullar hərbi büdcəyə, NATO ilə birgə Rusiya və Ukraynanı fəth etməyə çalışan ABŞ-la mübarizəyə gedir. Qoy xalq ac qalsın, çünki biz əsl vətənpərvərik. Biz Avropa və ABŞ-a qarşı döyüşəcəyik. Ukraynanı qaytaracağıq. Bütün bunlar nə ilə bitəcək? Bütün bunlar Rusiyanın çöküşü ilə bitəcək. Mənim sözlərimi qeyd edin və 15 il sonra onları yenidən izləyin. O zaman görəcəksiniz ki, nə baş verir”- o qeyd edib.

Xakamada onu da bildirib ki, günahı özlərində (Rusiyada) axtarmalıdırlar.

“Biz istəsək də Ukrayna bizə tərəf gəlməyəcək. Ona görə yox ki, ABŞ oradadır. Biz nəyisə düz etmirik. O baxımdan da biz Ukraynanın və digərlərinin xoşuna gəlmirik. Amma buna baxmayaraq, biz yenə də günahı başqasında axtarırıq. Gah ABŞ, gah Avropanı, gah liberalları, gah nasistləri, faşistləri günahkar hesab edirik. Bəs biz kimik...?

Biz başqalarını aşağılayırıq sonra da deyirik gəlin bir yerdə olaq. Sonra da deyirik niyə belədir? Əgər onlar günahkardırsa və ya pisdirsə, bəs o zaman niyə bizim uşaqla Avropaya qaçır.

Soyuq müharibə dövründə ABŞ və Avropa öz xalqının rifahı üçün çalışdısa, biz bunun əksini etdik. Nəticədə soyuq müharibəni uduzduq. Sonra da Amerikanı günahkar hesab etdik. Odur ki baş verənlərdə Rusiyanın siyasi elitası günahkardır. Səhvlərimizi etiraf edib, onlardan nəticə çıxara bilmirk. Bu da siyasi elitanın tarixi qeyri-peşəkarlığının nəticəsidir”- o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi