azia.az
azia.az

İllər sonra Putindən etiraf: “Bu barədə danışmaq xoş deyil, amma...”

13-12-2021, 17:37

İllər sonra Putindən etiraf: “Bu barədə danışmaq xoş deyil, amma...”
Rusiya prezidenti Vladimir Putin 1991-ci ildə SSRİ-nin dağıldıqdan sonra çörəkpulu qazanmaq üçün taksi sürücüsü işləyib.

“Ölkə.Az” xəbər verir ki, o bunu ABŞ telekanalı tərəfindən çəkilmiş “Rossiya” adlı sənədli filmində açıqlaması zamanı deyib.

Filmdə Putin SSRİ-nin dağılmasını iyirminci əsrin faciəsi adlandırıb. O deyib ki, Sovet İttifaqının dağılması ilə Rusiya kommunizmdən kapitalizmə keçid dövründə xalqı yoxsulluğa sürükləyən güclü iqtisadi qeyri-sabitlik dövrünü gətirdi.

Sənədli filmdə SSRİ-nın dağıldığı ilk illərdə Putin gəlirini artırmaq üçün vaxtaşırı taksi sürücüsü işlədiyini açıqlayıb.

“Bəzən əlavə pul qazanmalı olurdum. Bunun üçün də mən taksi sürücüsü işləmişəm. Düzünü desəm, bu barədə danışmaq xoş deyil, amma təəssüf ki, belə oldu”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi