azia.az
azia.az

Melonidən Brüsselə çağırış: Ukrayna ilə bağlı qərar verməliyik

Dünən, 17:37

İtaliyanın Baş naziri Corcia Meloni Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı danışıqlarda vahid mövqedən çıxış etməməsini tənqid edib. O, Avropa liderlərini Rusiya ilə sülh danışıqları məsələsində ortaq strategiya müəyyənləşdirməyə çağırıb.

Xəbər verilir ki, bu barədə “Euronews” məlumat yayıb.

“Euronews”ün yazdığıan görə, Meloni cümə axşamı Avropa Şurasının Prezidenti Antonio Kostaya məktub göndərərək, Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı Avropa ölkələrinin fərqli təşəbbüslərlə çıxış etməsindən narazılığını ifadə edib.

İtaliyanın Baş naziri hesab edir ki, vahid istiqamət və aydın mandat olmadan irəli sürülən paralel təşəbbüslər Avropanın beynəlxalq nüfuzuna və etibarlılığına zərər vurur.

O, koordinasiya çatışmazlığının nümunəsi kimi Mayamidə Avropa ölkələrinin milli təhlükəsizlik müşavirlərinin, Ukrayna, NATO və Aİ nümayəndələrinin iştirakı ilə keçirilən qeyri-rəsmi görüşü, eləcə də Finlandiya və Norveç liderlərinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqlarını göstərib.

“Bütün bunlar millətlərimizin üzləşdiyi ən mürəkkəb məsələlərdən birini həll etməkdə tamamilə etibarsız olduğumuzu göstərir”, - İtaliya hökumətinin başçısı vurğulayıb.

Meloninin fikrincə, Avropa Ukrayna məsələsində vahid mövqedən çıxış etməlidir. O, danışıqlar masasında kimin əyləşəcəyi və Avropa İttifaqı adından kimin çıxış edəcəyi ilə bağlı konkret qərarın verilməsini tələb edib. Baş nazir bu məsələnin gələn həftə Dublində keçiriləcək qeyri-rəsmi Avropa Şurası iclasında müzakirəyə çıxarılmasını istəyib.

Qeyd edək ki, Aİ ölkələrinin liderləri noyabrın 13-də İrlandiyanın paytaxtı Dublində görüşəcəklər. 

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi