Ukrayna Rusiyanın iki “İskəndər” raket kompleksini vurdu
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiya ordusunun iki “İskəndər” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu, həmçinin “Pantsir-S1” zenit-raket və artilleriya kompleksini vurub.
Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna tərəfi qeyd edib ki, bu qurğuların sıradan çıxarılması Rusiya ordusunun Ukrayna şəhərlərinə ballistik raket zərbələri endirmək imkanlarını azaldır./APA