azia.az
azia.az

“Bəs indi Rusiya Ukraynanı tutsa necə olacaq?!..”

19-08-2021, 16:50



ABŞ Konqresinin Nümayəndələr palatasının respublikaçı üzvü, Hərbi Dəniz Qüvvələrinin veteranı Toni Qonsales (Texas ştatı) Əfqanıstandan Amerika qoşunlarının tələm-tələsik çıxarılmasını tənqid edib. Konqresmen bildirib ki, Əfqanıstanda baş verənlərin ciddi geosiyasi nəticələri olacaq. Onun sözlərinə görə, indi dünyanın hər yerində ABŞ-ın müttəfiqləri Bayden administrasiyasının Əfqanıstanda “darmadağın edilməsindən” sonra özlərinə sual edirlər: ABŞ onları qoruyacaqmı?
“Bəs indi Rusiya Ukraynanı tutsa necə olacaq?!..”
“İndi bizi bütün dünya izləyir. Mən Konqresin nümayəndə heyətinin tərkibində Ukraynadan təzəcə qayıtmışam. Onları Rusiyanın təcavüzü narahat edir. Rusiya yenidən Ukraynaya hücum edəndə ABŞ harada olacaq? İki həftə qabaq mən Cənubi Koreyadan dönmüşəm. Orada da eyni sualı verirlər. Onları narahat edir ki, Çin Tayvana hücum etsə nə baş verəcək...



Bayden administrasiyası böyük iflasdır. Lakin kursu dəyişmək lazımdır. Bu cür zəif kartlarla riskli oynamaq olmaz. Kursu dəyişmək lazımdır, özü də dərhal, çünki Rusiya və Çin Bayden administrasiyasının bizi düçar etdiyi bu siyasi fiaskodan istifadə etmək üçün öz saatlarını gözləyir”,-konqresmen Qonsales bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukraynanı da Əfqanıstanın aqibəti ilə üzləşə biləcəyini deyib. Patruşevin sözlərinə görə, ABŞ indi Ukraynanı özünə lazım olmayan köhnə silahlarla silahlandırır, amma günlərin birində Əfqanıstan kimi bu ölkəni də tərk edib qaçacaq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi