azia.az
azia.az

"Zelenski və komandası belə davransa, o zaman Ukrayna ölkəmizə birləşdirilməlidir" - Kadırov

27-12-2021, 08:13


Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı vəziyyətlə bağlı danışmaq qərarına gəlib.
"Zelenski və komandası belə davransa, o zaman Ukrayna ölkəmizə birləşdirilməlidir" - Kadırov
Azia.az Rusiya mediasına istinadla xəbər verir ki, dünən Ramzan Kadırov Ukraynadakı vəziyyətlə bağlı bunları deyib:
“Mən dərindən əminəm ki, əgər cənab Zelenski və onun komandası belə davransa, o zaman Ukrayna bizim ölkəyə birləşdirilməlidir. Ukraynalılar bizim xalqımızdır, bura bizim ərazimizdir. Bu mənim fikrimdir. Mənə göstəriş verilsəydi, mən bunu edərdim. Ya mən Çeçenistan Respublikasını Ukraynaya birləşdirərdim, ya da çoxdan götürərdim, məsələni orada həll edərdim”, – Kadırov deyib.

Ən sadə və “asan” Kadırov üsulu.

Maraqlıdır, Kadırov Ukraynadan başqa hansı ölkələri Rusiyaya və ya Çeçenistana “birləşdirmək” könlündən keçir?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi