azia.az
azia.az

Kadırovu qəzəbləndirən çeçen süpürgəçi işləyəcək

12-10-2018, 08:13

AZia.az: Moskva metrosunda “Ahmat gücdür” deyərək insanların üzərinə içki bankası atan Çeçenistan sakini bundan sonra Qroznı şəhərinin abadlaşdırma idarəsində işləyəcək.

Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Telegram-kanalında bildirib.
O qeyd edib ki, Turpal Xasiyev bu gün atası və qardaşları ilə birgə “Qroznı” telekanalında yayımlanan verilişlərin birinin qonağı olub.

“Turpal deyirdi ki, Moskvaya işləmək üçün getmişdi. Özünə əziyyət verməsin deyə onun işlə təmin edilməsi məsələsi yerindəcə həll edilib. Bundan sonra Turpal şəhəri abadlaşdıraraq, küçələri təmizləyəcək, gülləri sulayacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, T. Xasiyev artıq əməlinə görə üzr istəyib. O, yaydığı video-müraciətdə respublika rəhbərliyi və valideynləri tərəfindən danlandığını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi