Çeçenistan prezidentindən təklif: cəriməni biz ödəyək
UEFA Avropa Liqasının “Fənərbaxça” ilə oyununda maykasında Rusiya prezidenti Vladimir Putinin şəkli olduğuna və bunu açıq nümayiş etdirdiyinə görə, klubu tərəfindən cəzalanan “Lokomotiv”in futbolçusu Dmitri Tarasova dəstək verənlər də var.
Apasport.az saytının məlumatına görə, Çeçenistan prezidenti Ramzan Kadırov futbolçuya verilən 300 min avro cəzanı qarşılaya biləcəklərini deyib.
İnstaqram hesabından açıqlama verən Kadırov futbolçunu əsl vətənsevər rus olduğunu vurğulayıb: “Hələ heç UEFA cəza verməyib, ancaq klub artıq pul cəzasını kəsib. Düşünürəm ki, Tarasov əsl vətənpərvər rus kimi davrandı. “Terek” klubu onu cəzası ilə birlikdə almağa hazırdı. Əgər “Lokomotiv”in onu satmaq fikri yoxdusa, biz onun cəzasını ödəyə bilərik. Bu, onun dövlətinə, prezidentinə olan sevginin nəticəsidi”.