azia.az
azia.az

Ramzan Kadırov: “Navalnıya deyin, onu mən zəhərləmişəm”

2-10-2020, 20:37

Azia.az;
“Məhz prezident Vladimir Putinin sayəsində Rusiyada müxalifətə qarşı tolerant münasibət var”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında yazıb.
Ramzan Kadırov: “Navalnıya deyin, onu mən zəhərləmişəm”
Onun sözlərinə görə Putinin yerinə başqası olsaydı bütün radikal müxalif qüvvələri müxtəlif bəhanələrlə ölkədən qovardı.

Ramzan Kadırovun fikrincə, Rusiyada bu gün müxalifətin əsl simasını görən vətənpərvərlər var və onlar hal-hazırda sakit deyillər. Çeçen liderin iddiasına görə, “vətənpərvərlər”i hücumdan məhz Vladimir Putin saxlayır.

Qeyd olunur ki, Ramzan Kadırov Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsinin sifarişçisi kimi öz adını təklif edib. “Navalnı, fikirləş, bax sənə ideya da verirəm”,-deyə o, siyasi opponentinə səslənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi