azia.az
azia.az

Britaniyada "qadın" və "ana" sözlərindən imtina olundu

4-12-2021, 09:08

Britaniyada "qadın" və "ana" sözlərindən imtina olundu
Böyük Britaniyada Ginekologiya üzrə Kral Kolleci "qadın" və "ana" sözlərindən istifadə etməməyi qərara alıb. Bu barədə "The Telegraph" məlumat yayıb.
Kollecin yeni təlimatlarında qeyd olunan sözlər "insanlar" kəliməsilə əvəzlənib.

"Xəstəxanada doğuşdan sonrakı dövrdə olan insanların əlinin altında tibb bacısını çağırmaq üçün xüsusi düymə və körpə üçün beşik olmalıdır", -deyə təlimatın mətnində qeyd edilib.

Müvafiq dəyişiklik sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib.

İctimai qınaq nəticəsində kollecin icraçı direktoru Qill Uolton "qadınların analıq bələdçisindən kənarlaşdırıldığı üçün" üzr istəyib./oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi