azia.az
azia.az

Fransada pandemiya qurbanlarının sayı 24, Britaniyada isə 26 mini keçdi

30-04-2020, 12:43


Fransada pandemiya qurbanlarının sayı 24, Britaniyada isə 26 mini keçdi
Fransada ötən sutkada 251 nəfər xəstəxanada, 184 nəfər isə qocalar evində olmaqla ümumilikdə 435 nəfər koronavirusun qurbanı olub.
Fransada pandemiya qurbanlarının sayı 24, Britaniyada isə 26 mini keçdi
Virtualaz.org bildirir ki, bu barədə ölkənin Həmrəylik və Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, koronavirusdan ölənlərin sayı 24 087 nəfərə yüksəlib.

Bundan başqa, yoluxanların sayı 1 607 nəfər artaraq 128 442 nəfərə çatıb.



Böyük Britaniyada isə son sutka ərzində 765 nəfər koronavirusdan dünyasını dəyişib, 4076 yeni yoluxma faktı qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyidən bildirilib ki, pandemiya qurbanlarının sayı artaraq 26 min 97 nəfərə çatıb.

İndiyədək virusa yoluxanların sayı isə 165 min 221 nəfərdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi